İsrailə silah tədarük edən ABŞ qorxu içindədir

İsrailə silah tədarük edən  ABŞ qorxu içindədir backend

ABŞ qanunvericiləri İsrailə atıcı silahların verilməsinin İordan çayının qərb sahilində zorakılığın artmasına səbəb ola biləcəyindən ehtiyat edirlər.

Bu barədə Qaziler.az “The New York Times”a istinadla xəbər verir.

Onlar prezident Co Bayden administrasiyasından silahların yanlış əllərə keçməyəcəyinə dair təminat istəyirlər.

Söhbət İsrail hakimiyyətinin Amerika silah istehsalçılarından sifariş etdiyi 24 min avtomat və yarı-avtomat tüfəng partiyasından gedir. Onlar polis üçün nəzərdə tutulub, lakin yəhudi dövlətinin rəhbərliyi etiraf edib ki, bir sıra tüfənglər mülki əhaliyə verilə bilər.

Bu qədər miqdarda silahın xaricə çatdırılması həm ABŞ Konqresinin, həm də Dövlət Departamentinin razılığını tələb edir. Xarici siyasət idarəsində bu məsələ ilə bağlı fikirlər bölünür. Silahların satışına nəzarət edən məmurlar təhvil verilməsinə də razılıq vermək niyyətindədirlər. Eyni zamanda, insan haqları ilə məşğul olan departament rəsmilərinin də etirazları var.

QAZİLER.AZ

Diaspora