Avstraliya Rusiyaya elektrik avadanlıq və alətlərin ixracını qadağan etdi

Avstraliya Rusiyaya elektrik avadanlıq və alətlərin ixracını  qadağan etdi backend

Avstraliya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məhdudiyyətlər bir sıra malların, o cümlədən elektrik maşınlarının, mexaniki avadanlıqların və onlar üçün ehtiyat hissələrinin Rusiya Federasiyasına ixracına şamil edilir.

Sanksiyalar həmçinin nüvə reaktorlarına və onların hissələrinə, qazanlara, metal məmulatlar üçün qəliblərə, süxurların və qruntun qazılması üçün alətlərə, müxtəlif dəzgahların hissələrinə də şamil edilib. Bundan əlavə, Avstraliya hökuməti səsucaldanların, səsgücləndiricilərin, televiziya təsvirləri və səslərinin yazılması üçün cihazların və onların komponentlərinin Rusiyaya ixracını qadağan edib.

QAZİLER.AZ

Diaspora