İordaniya Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzza zolağında olan fələstinlilər üçün tibbi yardım partiyasını paraşütlə atıb. Dərmanlar anklavda gecə-gündüz fəaliyyət göstərən İordaniya səhra xəstəxanası üçün nəzərdə tutulub.
Qaziler.az xəbər verir ki, məlumatı İordaniya Kralı II Abdullah Twitter-də (X) bildirib.
Pilotlarımız Qəzzada gecə-gündüz fəaliyyətini davam etdirən İordaniya səhra xəstəxanası üçün dərman yükünü atmağa müvəffəq olublar. Bizim borcumuz yaralılara və zərərçəkmiş insanlara kömək etməkdir”, - deyə II Abdullah qeyd edib.
Kral söz verib ki, Amman fələstinli qardaşların ən yaxın dəstəkçisi olaraq qalacaq.
Bundan əvvəl monarx İsrailin Qəzzada Əl-Əhli xəstəxanasını atəşə tutmasını bəşəriyyət üçün rüsvayçılıq adlandırmışdı. Onun fikrincə, müdafiəsiz əhaliyə qarşı amansız repressiya və hərbi cinayətlər təcili olaraq dayandırılmalıdır.
QAZİLER.AZ