Uruqvayda narkotacir Sebastyan Marsetuya yeni pasport verilməsi qalmaqal yaradıb.
QAZİLER.AZ APA-ya istinadən verdiyi xəbərə görə, xarici işlər naziri Fransisko Bustilodan sonra daxili işlər naziri Luis Eber və nazir müavini Qilermo Masel də istefa verib.
Uruqvay Prezidenti Luis Lakalye Pou istefaları qəbul etdiyini bildirib. Prezident deyib ki, cinayətkar fəaliyyətinə baxmayaraq Sebastyan Marsetuya pasport verilib. O, cinayət işi açılacağı təqdirdə istefa verən məmurların məhkəmədə şərəf və ləyaqətlərini qoruyacaqlarına inandığını vurğulayıb.
Xatırladaq ki, Sebastyan Marsetu 2021-ci ildə Birləşmiş Ərəb Əmirliklərində saxta Paraqvay pasportu ilə saxlanılıb. Narkotacir həbsdə olarkən yaxınları vəkil vasitəsi ilə ona təcili pasport verilməsi ilə bağlı Uruqvayın Dubaydakı konsulluğna müraciət edib və yoxlamalardan sonra pasport verilib. Sebastyan Marsetu həbsdən buraxılıb və Birləşmiş Ərəb Əmirliklərini tərk edib. Daha sonra Sebastyan Marsetu beynəlxalq axtarışa verilib və hələ də axtarışdadı