Rusiya Qəzza zolağının əhalisi üçün Misirə humanitar yardımın üçüncü partiyasını göndərib.
QAZİLER.AZ Publika.az-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin iki xüsusi təyyarəsi Qəzza zolağının əhalisi üçün 60 ton humanitar yük çatdıracaq. Fövqəladə Hallar Nazirliyinin "İl-76" təyyarəsi Qroznı Beynəlxalq Hava Limanından Misir Ərəb Respublikasına uçub", - deyə qeyd olunub.
Humanitar yardıma qida, döşəklər, yastıqlar və şəxsi qulluq məhsulları daxildir.