İsrail Baş Naziri Ofisinin keçmiş spikeri Ofir Gendelman Twitter (X) səhifəsində HƏMAS hərəkatının üzvünə hücum edən xüsusi təyinatlı itin görüntülərini yayıb.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, heyvanlara quraşdırılmış kameraya düşən görüntülərdə itin Qəzza zolağında tunellərdən keçərək HƏMAS döyüşçüsünü təqib etdiyi və sonda ona hücum etdiyi görünür.
“İzləməyə dəyər. İsrail ordusunun döyüş itləri HƏMAS terrorçularını Qəzza zolağında tunellərə daxil olaraq onları məhv edir. Terrorçuların qışqırıqlarına qulaq asın”, - Gendelman paylaşımda yazıb.
QAZİLER.AZ