Noyabrın 4-ü səhər saatlarında həbsxanadan qaçan Qvineyanın keçmiş prezidenti Mussa Dadis Kamara tutularaq həbsxanaya qaytarılıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Qvineya ordusunun informasiya departamentinin rəhbəri Ansuma Tumani Kamara məlumat verib.
O qeyd edib ki, ölkənin sabiq rəhbəri sağdır-salamatdır, lakin hadisənin başqa təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, səhər tezdən xüsusi təyinatlılar qrupu paytaxtdakı ən böyük həbsxananın ərazisinə atəş açaraq, Kamara və daha iki məhbusun qaçmasına kömək ediblər. Şəhər mərkəzi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Bildirilib ki, Musa Dadis Kamara və onun bir neçə tərəfdarı müxalifət nümayəndələrini qətlə yetirdiyinə görə həbsxanada saxlanılıb.
QAZİLER.AZ