Karaqanda Universitetinin arxeoloqları Qazaxıstanda skif-sak dövrünə aid 3400 illik piramida və Beqazı-Dəndibəy icmasının proto-şəhərinin qalıqlarını aşkar ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Piramida Qaraqandanın Şet rayonunda Taldı çayına baxan təpənin üstündə yerləşir. Radiokarbon tarixinə görə, o, eramızdan əvvəl 14-12-ci əsrlər arasında inşa edilib. Piramida bir neçə pillədən ibarət məqbərədir. Arxeoloqlar hesab edirlər ki, Taldı çayının vadisindən Andronovo mədəniyyətinin Beqazı-Dandıbayevski mərhələsinin nümayəndələri aristokratiya üçün dəfn yeri kimi istifadə ediblər.
15 hektar ərazini əhatə edən bu yaşayış məntəqəsi Kiçik Asiyada Troya və Orta Misir Krallığı ilə eyni tarixi dövrdə mövcud olmuşdur. Qəsəbədə bir sıra divarlar, küçələr şəbəkəsi və su toplama sistemi aşkar edilib.
Alimlərin fikrincə, tapıntı Beqazı-Dəndibai icmalarının Cənubi Sibirin Karasuk mədəniyyətindən törəyən prototürk mədəniyyəti ilə sıx əlaqəsini nümayiş etdirir.
QAZİLER.AZ