HƏMAS-ın Qəzza zolağından yaralı döyüşçülərini çıxarmaq cəhdləri səbəbindən əcnəbi girovların azad edilməsi səyləri dayandırılıb.
Qaziler.az bildirir ki, bu barədə “The New York Times” Co Bayden administrasiyasının sözçüsünə istinadən yazır.
Nəşrin məlumatına görə, onlar anklavı tərk edərək Rəfah keçid məntəqəsindən Misirə keçmək üçün siyahıdakı insanların üçdə birini təşkil ediblər.
Amerika və ya digər xarici vətəndaşlığı olan insanlar mütəmadi olaraq Qəzzanın cənubundakı Rəfah keçid məntəqəsinə toplaşıblar, lakin münaqişə başlayandan üç həftə sonra bu məntəqə bağlı qalıb. ABŞ rəsmiləri bildiriblər ki, HƏMAS demək olar ki, əvvəldən xarici vətəndaşların Qəzzanı tərk etməsinə mane olub və əsassız tələblər irəli sürüb, lakin onların konkret nədən danışdıqlarını açıqlamayıblar.
Amerika rəsmisi qəzetə izah edib ki, Fələstin hərəkatı dəfələrlə İsrail, ABŞ və Misirə xarici vətəndaşlarla birlikdə Qəzzanı tərk etmək üçün yaralı fələstinlilərin siyahılarını təqdim edib. Nəşrin mənbəsinin sözlərinə görə, yoxlama siyahılardakı şəxslərin üçdə birinin HƏMAS yaraqlıları olduğunu göstərib. Girovların azad edilməsi ilə bağlı danışıqların ləngiməsinə də bu səbəb olub.
QAZİLER.AZ