“Rusiyanın Qvineyadakı səfirliyi həmyerlilərini Konakridə baş verən silahlı toqquşmalarla əlaqədar ayıq-sayıq olmağa çağırır”.
Qaziler.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “Telegram” kanalında verdiyi bəyanatda deyilir. Ölkədə yaşayan ruslara vəziyyət normallaşana qədər çox zərurət olmadıqca evlərini tərk etməmək tövsiyə olunur.
“Diqqət həmvətənlər! Qvineya paytaxtının (Konakri) mərkəzi rayonlarında baş verən silahlı toqquşmalarla əlaqədar olaraq, sizdən xüsusilə sayıq olmağınızı və vəziyyət normallaşana qədər yaşayış yerlərinizi tərk etməməyinizi xahiş edirik”, - diplomatlar qeyd ediblər.
Səfirlik onu da bildirib ki, hazırkı vəziyyəti izlənilir. Vətəndaşların və diplomatik nümayəndəliyin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş tədbirlər müvəqqəti olaraq gücləndirilib.
QAZİLER.AZ