Avstriyada miqrantları Avropa hökumətləri üçün təhlükə adlandırıblar

Avstriyada miqrantları Avropa hökumətləri üçün təhlükə adlandırıblar backend

Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, miqrasiya hökumətlərin devrilməsinə səbəb ola bilər.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq qeyri-qanuni miqrasiyanın fəsadlarından danışıb. Bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.

"Miqrasiya hökumətləri devirə biləcək bir məsələdir", - deyə Şellinberq bildirib. Rəsmi şəxs qeyri-qanuni miqrasiyanı yaxın illərdə səngiyə bilməyən problem adlandırıb.

"Avstriya hazırda kontinental Avropada adambaşına düşən ən yüksək yükə malikdir", - xarici işlər naziri Almaniyada danışıqlar zamanı vurğulayıb. Nazir həmçinin qeyd edib ki, Almaniya nəhayət, qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirlərini müzakirə etməlidir.

Şallenberq həmçinin ölkəni tərk etməli olanların geri qayıtmamasından narahat olduğunu bildirib. "Aİ-də yaşamaq hüququ olmayan insanları deportasiya edə bilməsək, sistem absurd vəziyyətə düşəcək" deyə Avstriya XİN rəhbəri fikrini yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora