Qvineyanın keçmiş prezidenti həbsxanadan qaçıb

Qvineyanın keçmiş prezidenti həbsxanadan qaçıb backend

Qvineyanın keçmiş prezidenti Mussa Dadis Kamara həbsxanadan qaçıb. 

Qaziler.az bildirir ki, bu barədə BBC məlumat yayıb.

Jurnalistlərin öyrəndiyi kimi, bir qrup şəxs şənbə günü, noyabrın 4-də səhər tezdən paytaxt Konakridəki həbsxanaya hücum edərək Kamara və daha üç məhbusu qaçırıb.

Qvineya ədliyyə naziri Çarlz Alfons Rayt ölkənin keçmiş prezidentinin qaçdığını təsdiqləyib. “Biz onları tapacağıq. Onlar məsuliyyətə cəlb olunacaqlar”, - Rayt bildirib. Qvineya səlahiyyətliləri də ölkə sərhədlərini müvəqqəti bağladıqlarını açıqlayıblar.

Moussa Dadis Kamara ilə yanaşı, keçmiş hökumət naziri polkovnik Klod Pivi də həbsdən qaçıb. 

Moussa Dadis Kamara 24 dekabr 2008-ci ildən 21 dekabr 2010-cu ilə qədər Qvineyaya rəhbərlik edib. Kamara 2009-cu il sentyabrın 28-də Konakri stadionunda 157 etirazçının öldürülməsində iştirakda ittiham olunub. 2010-cu ilin yanvarında ölkədən kənarda olarkən Kamara vətənə qayıtmayacağını bəyan edib. Lakin 2022-ci ilin sentyabrında Qvineyaya gəlib.

QAZİLER.AZ

Diaspora