Monqolustanın paytaxtı Ulan-Batora güclü qar yağıb.
Qaziler.az bildirir ki, Sinxua agentliyinin məlumatına görə, bu barədə ölkənin Meteorologiya və Ətraf Mühitin Monitorinqi İnstitutu məlumat yayıb.
"Qar Ulan-Batorun yollarında tıxaclara səbəb olub. Monqolustanın əksər ərazisini çovğun və güclü qar yağacağı gözlənilir. Monqolustanın dağlıq bölgələrində havanın temperaturu mənfi 28 dərəcəyə enəcək, rəsmi məlumatda deyilir.
Bununla əlaqədar, Monqolustanın Fövqəladə Hallar Baş İdarəsi ölkənin bölgələrinə səfər edən sürücüləri güclü qar ilə əlaqədar yollarda ayıq-sayıq olmağa, monqol köçəri çobanlarını isə otlaqlarda əlavə ehtiyat tədbirləri görməyə çağırır.
Monqolustanda sərt və soyuq qış kifayət qədər uzun müddət davam edir. Havanın temperaturu sıfırın altında 25 ilə 45 dərəcə arasında dəyişə bilər.
QAZİLER.AZ