İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS radikal təşkilatının döyüşçülərinin dayaq məntəqəsini ələ keçirdiyini açıqlayıb.
Məlumata görə, “Givati” briqadasının əsgərləri baza üzərində nəzarəti bərqərar ediblər. Orada çoxlu sayda əməliyyat xəritəsi və komanda sənədi, o cümlədən terror təşkilatının hazırkı komandirlərinin şəxsi məlumatları aşkar olunub.
Qeyd edək ki, əldə edilmiş sənədlər və kəşfiyyat məlumatı İsrail müdafiə ordusunun HƏMAS terrorçularına qarşı mübarizədə həlledici rol oynaya bilər. (oxu.az)
Mənbə: TASS