Livanın “Hizbullah” silahlı qruplaşmasının lideri Həsən Nəsrullah İsraili növbəti eskalasiya ilə hədələyib.
Qaziler.az bildirir ki, bu barədə "The Guardian" xəbər verir.
Beyrutun Aşura meydanında böyük izdiham qarşısında çıxış edən Livan şiə yaraqlılarının baş katibi Nəsrullah "Hizbullah"ın İsrailə qarşı müharibədə tam iştirakını açıqlamayıb.
O qeyd edib ki, onun döyüşçüləri İsrailin bütün qoşunlarını Qəzza ətrafında cəmləşdirməsinin qarşısını almaq məqsədi daşıyır.
Bununla belə, Nəsrullah növbəti eskalasiyanı “real imkan” adlandırıb.
QAZİLER.AZ