Bayden İsrail siyasətinə görə seçkiləri uduzmaq riski daşıyır.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, ABŞ prezidenti Co Bayden Fələstin və İsrail arasındakı münaqişə ilə bağlı apardığı siyasətinə görə qarşıdan gələn prezident seçkilərində məğlub ola bilər,
Qaziler.az xəbər verir ki, bu barədə Virciniya ştatının keçmiş senatoru Riçard Blek RİA Novosti ilə söhbətində bildirib.
"Prezident Baydenin ərəblərin əzablarına məhəl qoymaması ona prezidentlik bahasına başa gələ bilər", - deyə siyasətçi bildirib. O, qeyd edib ki, dövlət başçısının Yaxın Şərqdəki münaqişə ilə bağlı mövqeyi Miçiqan ştatının müsəlman icmasını qəzəbləndirib və ondan “üz döndərməsinə” səbəb olub.
Blekin fikrincə, bu ştatın əhalisinin dəstəyini itirməsi Baydenin 2024-cü il seçkilərində məğlub olmasına səbəb ola bilər.
QAZİLER.AZ