İtaliyanın Baş naziri Giorgia Meloni başçılıq etdiyi sağçı koalisiya hökuməti ölkədə baş nazirin xalq tərəfindən birbaşa seçilməsini nəzərdə tutan konstitusiyaya dəyişiklik təklifini təsdiqləyib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, İkinci Dünya Müharibəsindən sonra 77 il ərzində İtaliyada 68 hökumət fəaliyyət göstərib.
Nazirlər Şurasının bu gün təsdiqləyərək parlamentə təqdim etdiyi konstitusiya islahatı layihəsinə görə, baş nazirlər birbaşa ümumxalq səsverməsi ilə müəyyənləşəcək. Seçkilərdə deputatlığa və ya senatorluğa namizəd olub qalib gələnlərdən başqa heç kim baş nazir olmayacaq.
QAZİLER.AZ