Noyabrın 15-də Fələstin prezidenti Mahmud Abbasın Rusiyaya səfəri planlaşdırılıb, lakin ərəb ölkəsi rəhbərliyinin xahişi ilə səfər təxirə salınıb.
Qaziler.az TASS-a istinadlaxəbər verir ki, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib. Boqdanov. Onun verdiyi məlumata görə, səfərin təxirə salınması regiondakı ağır vəziyyətlə bağlıdır.
“Noyabrın 15-də səfər olmalı idi. Fələstin rəhbərliyinin tələbi ilə bu səfər təxirə salınıb. Onlar qeyd ediblər ki, vəziyyət həqiqətən o qədər ağırdır ki, prezident Abbas bu vəziyyətdə Ramallahdan çıxa, regionu tərk edə bilməz”, - Boqdanov bildirib.
QAZİLER.AZ