ABŞ rusiyalı qadın Yekaterina Jdanovaya qarşı sanksiyalar tətbiq edib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə məlumatı Amerika Maliyyə Nazirliyinin saytı dərc edib.
O, çirkli pulların yuyulmasında və Rusiya “elitalarına” məhdudiyyətlərdən yan keçməyə kömək etməkdə ittiham olunur.
“Jdanova kimi əsas vasitəçilərin köməyi ilə Rusiya elitaları, haker qrupları və digər aktorlar ABŞ və beynəlxalq sanksiyalardan, xüsusən də virtual valyutadan sui-istifadə etməklə yan keçməyə cəhd ediblər. Biz Amerika və beynəlxalq maliyyə sistemini bu texnologiyadan yararlanmaq istəyənlərdən qorumağa davam edirik”, - bəyanatda deyilir.
QAZİLER.AZ