Ərdoğan Belçikada liftdə qaldı

Ərdoğan Belçikada liftdə qaldı backend

Belçikada Avropa Parlamenti rəsmiləri ilə görüşmək üçün səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan liftdə qalıb.

Lent.az-ın xəbərinə görə, prezidentin mindiyi lift uzun müddət işləməyib. Avropa Parlamentinin prezidenti Martin Şults ilə görüşən Ərdoğan daha sonra liftə minib. Lift isə çox yükləndiyi üçün işləməyib. Ərdoğanın mühafizəçiləri “bir nəfər düşsün” deyərək vəziyyətə müdaxilə ediblər.

9 nəfərin mindiyi liftdən bir mühafizəçi düşsə də, lift hərəkətə keçməyib. Daha sonra mühafizəçilər liftin nəzarət panelinə müdaxilə edib onu düzəltməyə çalışıblar.


Diaspora