Riqada sovet aliminin abidəsi sökülüb

Riqada sovet aliminin abidəsi sökülüb backend

Latviyanın paytaxtında sovet alimi, akademik Mstislav Keldışın abidəsi sökülüb.

Qaziler.az bildirir ki, bu barədə RBC Riqa Şəhər Şurasına istinadən yazır.

Abidə söküldükdən sonra Riqa Abidələr Agentliyinin anbarına köçürülüb. Yerli hakimiyyət orqanları oktyabrın 18-də onun sökülməsi barədə qərar qəbul edib.

Mstislav Keldış Riqadandır, tətbiqi riyaziyyat və mexanika sahəsində sovet alimi, sovet kosmik proqramının ideoloqlarından biridir. 1915-ci ildə ailəsi ilə birlikdə Moskvaya köçüb.

Alimin abidəsi 1978-ci ildə ölümündən sonra Riqada ucaldılıb.

QAZİLER.AZ

Diaspora