Polkovnik SAXAL-ın Qəzza zolağında keçirdiyi əməliyyatın bitəcəyi vaxtı açıqlayıb

Polkovnik SAXAL-ın Qəzza zolağında keçirdiyi əməliyyatın bitəcəyi vaxtı açıqlayıb backend

 İsrail ordusunun Qəzza zolağındakı əməliyyatı təxminən bir ay davam edəcək.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında təxminən bir ay ərzində əməliyyat keçirəcək. Bu fikri cümə günü, noyabrın 3-də hərbi ekspert, Hava Hücumundan Müdafiə Qoşunları Muzeyinin direktoru, ehtiyatda olan polkovnik Yuri Knutov deyib. O, həmçinin hərbi əməliyyatın təxmini ssenarisini təsvir edib.

O vurğulayıb ki, bu gün İsrail ordusu  çox sərt davranır.

“Onlar sektoru mühasirəyə aldılar, indi hissələrə böləcəklər. Təmizləmə çətin olacaq. Hər hansı obyekt orada tank əleyhinə raket komplekslərinin və ya hansısa atəş nöqtələrinin yerləşdirilməsi ehtimalı nöqteyi-nəzərindən təhlükə törədirsə, belə binalar aviasiya və ya artilleriya vasitələrinin köməyi ilə dərhal məhv ediləcək. Daha sonra onlar zirehli texnikanın dəstəyi ilə irəliləyərkən təmizlik olacaq”, - o, Lenta.Ru-ya müsahibəsində izah edib.

Hərbi ekspert əlavə edib ki, əgər atəş açılırsa, bu o deməkdir ki, bu nöqtədə tanklar işləyir, daha sonra isə aviasiya və artilleriya cəlb olunur. Beləliklə, bu şəhər binalarını xarabalığa çevirəcəklər.

QAZİLER.AZ

Diaspora