Vəkil Rusiya millisinin keçmiş futbolçusunun narkotik işində rüşvətdən danışıb

Vəkil Rusiya millisinin keçmiş futbolçusunun narkotik işində rüşvətdən danışıb backend

Daxili İşlər Nazirliyinin əməkdaşları Buqayevin narkotik işində rüşvət tələb ediblər.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya millisinin keçmiş futbolçusu Aleksey Buqayevin maraqlarını təmsil edən vəkil Yekaterina Makliçenko futbolçunun işindəki materialların saxtalaşdırılmasından danışıb. Onun sözlərini "Matç TV" sitat gətirir.

“Müvəkkilimlə danışanda onun həbsi zamanı imzalanmış bir sıra sənədləri gördüm və başa düşdüm ki, o, sənədlərin heç birini oxumayıb, əslində isə xüsusilə böyük partiyanarkotiklərin satışı ilə bağlı etiraflara imza atıb. ”, vəkil bildirib.

O, əlavə edib ki, Buqaevin fotomontaj edilmiş şəkilləri narkotik bağlamalarının  tapıldığı yerdə və paketlə birlikdə "çəkilib", Makliçenkonun sözlərinə görə, futbolçu əvvəllər bunu görməyib.

Bundan əlavə, vəkil bildirib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları idmançının həyat yoldaşına zəng edərək cinayət işinin başlanmaması üçün üç milyon rubl məbləğində rüşvət tələb ediblər.

Buqayevin arvadı onlara pulu axtaracağına "söz verib" və Federal təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıb.

Xatırladaq ki, keçmiş futbolçunun saxlanması noyabrın 1-də məlum olub. Oktyabrın 29-na keçən gecə keçmiş futbolçu polis tərəfindən saxlanılıb və onun köynəyinin cibindən içərisində 500 qram mefedron olan bağlama aşkar edilib.

QAZİLER.AZ

Diaspora