Avropa Tibb Mərkəzinin rəhbəri uşaq alverinə görə həbs edilib

Avropa Tibb Mərkəzinin rəhbəri uşaq alverinə görə həbs edilib backend

Moskvada Avropa Tibb Mərkəzinin rəhbəri uşaq alverinə görə 19,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, noyabrın 3-də Moskvanın Nikulinski Məhkəməsi Surroqat Analıq üzrə Avropa Mərkəzinin direktoru Vladislav Melnikovu surroqat anaların uşaqlarının alverinə görə 19,5 il müddətinə azadlıqdan məhrum edib.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127.1 ("Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq insan alveri").maddəsi ilə təqsirli bildirilir.

Qeyd olunur ki, Melnikovun bu cür insan alveri ilə bağlı 17 hadisədə təqsirli olduğu bildirilir.

QAZİLER.AZ

Diaspora