“LinkedIn” istifadəçilərinə 13 milyon dollar ödəyə bilər

“LinkedIn” istifadəçilərinə 13 milyon dollar ödəyə bilər backend

“LinkedIn” sosial şəbəkəsinin rəhbərliyinə istifadəçilərinə 13 milyon dollar həcmində vəsait ödəmək təklif olunub.


İKT.lent.az-ın xəbərinə görə, bu barədə məlumatın yayılmasına səbəb sosial şəbəkənin inzibati resursundan istifadəçilərə təkrar bildirişlər göndərilərək narahatlığın yaradılmasıdır.

Bu bildirişlərdə istifadəçilərə öz dostlarını və mümkün tanışlarını sosial şəbəkədə dostluğa qəbul etməklə bağlı dəvətlər gəlib.

Məlumata görə, sosial şəbəkənin nümayəndələri belə bir addımı şirkətə qarşı kollektiv iddia qaldırılandan sonra atmalı olublar. Sosial şəbəkənin rəhbərliyindən bildiriblər ki, belə bir problemlər avtomatik məktub göndərmə sistemində nasazlıq yarandığından irəli gəlib. Əgər istifadəçi gələn ilk məktuba məhəl qoymurdusa, dərhal onun emailinə yenisi göndərilirdi.

“LinkedIn” sosial şəbəkəsinin məhz bu inadkarlığı bir çox insanları məhkəmə orqanlarına müraciət etməyə vadar edib.
Diaspora