Milyonçu bloger Ayaz Şabutdinov Moskvada saxlanılıb

Milyonçu bloger Ayaz Şabutdinov Moskvada saxlanılıb backend

Moskvada polis milyonçu bloger Ayaz Şabutdinovu saxlayıb.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 3-də “112” Telegram kanalı məlumat yayıb.

Müstəntiqlər Şabutdinovu satdığı təhsil kursları ilə bağlı şikayətlərlə əlaqədar dələduzluğunu araşdırır. Hazırda onun heç bir prosessual statusu yoxdur.

Zərərçəkənlərdən biri Aleksandr Vilyuqa “İzvestiya”ya deyib ki, o, Şabutdinovun kurslarına xərclənən vəsaiti məhkəmə yolu ilə qaytara bilib.

Digər şikayətçi Vadim Baybula dedi ki, o, kursa hissə-hissə 316 min rubl ödəyib. O, bir neçə dərsdən sonra kursu dayandırmaq istəyib, lakin ona pulu qaytarmaqdan imtina ediblər və hətta ondan ödəniş etməyi tələb ediblər.

QAZİLER.AZ

Diaspora