Almaniyanın vitse-kansleri Robert Habek ölkənin müsəlman birliklərini anti-İsrail hərəkətlərindən uzaqlaşmağa və antisemitizm əleyhinə çıxış etməyə çağırıb.
Qaziler.az xəbər verir ki, o, bu barədə Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin sosial şəbəkələrdə dərc etdiyi videoda bildirib,
Rəsmi müsəlman birliklərini tolerantlıq hüquqlarını pozmamaq üçün antisemitizmdən açıq şəkildə uzaqlaşmağa çağırıb.
"Almaniyanın Holokosta görə məsuliyyəti o deməkdir ki, yəhudilər Almaniyada azad və təhlükəsiz yaşaya bilsinlər, onlar bir daha öz dinlərini və mədəniyyətlərini açıq şəkildə nümayiş etdirməkdən qorxmasınlar. Amma məhz bu qorxu geri qayıdır", - Habek deyib.
Vitse-kansler antisemitizmi və İsrailə nifrəti pisləyib, bəzi müsəlmanlar, sağçı ekstremistlər və solçu fəallar arasında antisemitizm meyllərini kəskin tənqid edib.
QAZİLER.AZ