İki gündə 79 ABŞ vətəndaşı Qəzza zolağını tərk edib.
Qaziler.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi noyabrın 2-də keçirdiyi brifinqdə bildirib ki, indiyədək 79 ABŞ vətəndaşı Qəzza sektorunu tərk edib.
Onun sözlərinə görə, ilk beş amerikalı bir gün əvvəl Qəzza zolağının Misirlə sərhədini keçib. Cümə axşamı daha 74 ABŞ vətəndaşı və onların ailə üzvləri anklavı tərk edib.
Eyni zamanda o qeyd edib ki, Qəzza zolağından təxliyə edilən Amerika vətəndaşlarının sayı real vaxtda dəyişir.
QAZİLER.AZ