Dünyanın 21 universiteti qazaxıstanlı məktəbli qızı təhsil almağa dəvət edib.
Qaziler.az bildirir ki, bu barədə Türküstan vilayət administrasiyasının mətbuat xidməti məlumat verib.
Arış şəhəri Vladimir Komarov adına 8 nömrəli məktəbin 11-ci sinif şagirdi Şapaqət Seilxan bir sıra xarici universitetlərdən təhsil almaq təklifi alıb. "Case Western" Universiteti, Çikaqo Dövlət Universiteti, Klark Universiteti, Kolorado Dövlət Universiteti, Kaliforniya Dövlət Universiteti və başqaları ona xüsusi dəvətlər göndərmiş və təhsil qrantları verib. Məktəbli qızın seçimi Çikaqo Universitetiolub, çünki onun reytinqi dünya səviyyəsində yüksək qiymətləndirilib.
Türküstanlı məktəbli qıza dünya universitetlərinin diqqətini cəlb etməsinə səbəb məzunun xülasəsi olub. Orada o, həyatını və tələblərini xüsusi təsvir edib. Dünyanın 28 universitetinə yazılan məktublardan 21-nə cavab gəlib. Hamı Şapaqatı oxumağa dəvət edib..
Şapaqət Seilxan gələcəkdə həyatını beynəlxalq münasibətlər sahəsi ilə bağlamağı planlaşdırır. Təhsil almaq və səfir olmaq arzusundadır.
QAZİLER.AZ