Birləşmiş Ştatlar "Vaqner" ÖHŞ Livan şiə qruplaşması "Hizbullah"ı hava hücumundan müdafiə sistemi ilə təmin edə biləcəyinə dair kəşfiyyat məlumatlarına malikdir.
Qaziler.az bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, söhbət SA-22 sistemindən gedir. ABŞ rəsmilərindən biri deyib ki, Vaşinqton hələ sistemin göndərildiyini təsdiqləməyib, lakin qrup və Hizbullahın iştirakı ilə aparılan müzakirələri izləyir.
O qeyd edib ki, potensial tədarüklər ABŞ üçün ciddi narahatlıq yaradır.
QAZİLER.AZ