Qırğızıstanın Nazirlər Kabineti yanında etil spirti və alkoqol məmulatlarının istehsalına və ticarətinə nəzarət üzrə Dövlət Agentliyi Cinayət Məcəlləsinə spirtin qanunsuz istehsalı və saxlanmasına görə cərimələrin artırılmasını, həbs cəzasını nəzərdə tutan qanun layihəsinin təşəbbüskarı olub.
Qaziler.az Qazaxıstan mətbuatına istinadən bildirir ki, müvafiq qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.
Sənəd etil spirti və alkoqollu məmulatların vicdanlı istehsalçılarına dəstək olmaq, onu kölgə biznesindən çıxmaq, qanunsuz istehsalçılara və alkoqollu içkilərin, alkoqollu məmulatların qanunsuz dövriyyəsinə və saxta aksiz markalarının istehsalına cəlb edilmiş şəxslərə qarşı vaxtında mübarizə və tədbirlər görmək məqsədilə hazırlanıb.
QAZİLER.AZ