Rusiya Priqojinin ölümündən sonra Afrikada yeni hərbi struktur yaradır - WSJ

Rusiya Priqojinin ölümündən sonra Afrikada yeni hərbi struktur yaradır -  WSJ backend

Vaqner ÖHŞ-nin lideri Yevgeni Priqojinin ölümündən sonra Rusiya Federasiyası Afrikada geniş əməliyyatları öz üzərinə götürəcək yeni hərbi struktur üzərində işləyir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna The Wall Street Journal-a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Rusiya Afrikadakı “vaqner”çiləri digər özəl hərbi şirkətlərlə, yəni "Redut" və "Konvoy" ilə əvəz etməyi planlaşdırır. Şirkətləri Rusiya diktatoru Vladimir Putinin dostları Gennadi Timçenko və Arkadi Rottenberq maliyyələşdirir.

Xüsusilə, müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov Rusiya Federasiyasının qitədəki əməliyyatlarına cavabdeh olan struktura rəhbərlik edir və fəaliyyətlərə "QRU"nun rəsmisi Andrey Averyanov nəzarət edir.

Qeyd olunur ki, müdafiə nazirinin müavini Yevkurov avqustun sonunda Liviya, Burkina Faso, Mali və Mərkəzi Afrika Respublikasına səfər edib. Xüsusilə, Averyanov və "Redut" komandiri Konstantin Mirzayants səfərlərin kadrkarda görünürdü.

QAZİLER.AZ

Diaspora