Belarusla sərhəddə qanunsuz miqrantların ölkəyə girişinin qarşısını alarkən Polşa sərhədçisi və bir polis yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 2-də Respublika Sərhəd Mühafizəsinin saytında məlumat verilib.
Təxminən 10 nəfərlik qrupun Belarusdan Polşaya soxulmaq cəhdinin qarşısını alan zabitlər daşa basılıb.
“Melnikdə Sərhəd Mühafizəsinin bölməsinin ərazisinə hücum zamanı bir sərhəd zabiti və bir polis əməkdaşı yaralanıb. Birincisi başından, ikincisi qolundan yaralanıb. Onların həyatları üçün təhlükə yoxdur”, - deyə məlumatda bildirilir.
Qeyd edildiyi kimi, son 24 saat ərzində İran və Somali vətəndaşları da daxil olmaqla 86 nəfər Belarusdan Polşaya qanunsuz daxil olmağa cəhd göstərib.
Polşa sərhədçiləri sərhədi qanunsuz keçməyə köməklik etdikləri üçün üç nəfəri saxlayıblar.
QAZİLER.AZ