Maksim Qalkin İsraildəki bütün konsertlərini ləğv etdi

Maksim Qalkin İsraildəki bütün konsertlərini ləğv etdi backend

Şoumen Maksim Qalkin İsraildə bu ilin payızına planlaşdırılan bütün konsertlərini ləğv etdiyini açıqlayıb.

Qaziler.az xəbər verir ki, o bu barədə “İnstagram” səhifəsində paylaşım edib.

Komediya aktyoru çıxışlarını 2024-cü ilin yazına qədər təxirə salıb. Ümumilikdə sənətçi 16 konsertini ləğv edib.

Qalkin qərarını belə izah edib: “İsraildə hərbi vəziyyət hökm sürür, bu səbəbdən ölkədəki bütün məkanlar bağlanıb və ictimai toplantılar qadağandır”.

Qeyd edək ki, Maksim Qalkin Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən xarici agent siyahısındadır və ölkədə fəaliyyəti qadağandır.

QAZİLER.AZ

Diaspora