Almaniyada HƏMAS və “Samidoun” təşkilatının fəaliyyətinə rəsmi qadağa qoyan qərar qüvvəyə minib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bunu Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Fezer bildirib. Bunu daha əvvəl Almaniya kansleri Olaf Şolts da açıqlamışdı.
“Bu gün HƏMAS və “Samidoun”u qadağan edirəm. Son həftələr bu tənzimləmə üzərində işləyən hər kəsə təşəkkür edirəm. Antisemitizmin Almaniyada yeri yoxdur, hər kimdən gəlsə də...”, - Fezer deyib.
QAZİLER.AZ