Türkiyənin əsas müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykal bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürüb. Trend "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, D.Baykalın namizədliyi rəsmən qeydə alınıb.
Qeyd edək ki, D.Baykal 2010-cu il mayın 10-da şəxsi həyatını əks etdirən videogörüntülərin internetə sızmasından sonra istefa vermişdi. Türkiyədə parlament seçkilərində 31 siyasi partiya təmsil olunacaq.CHP-nin sabiq lideri Dəniz Baykal qayıdır

