ABŞ Dövlət katibi Antoni Blinken noyabrın 2-10-da İsrail, İordaniya, Yaponiya, Koreya Respublikası və Hindistana səfər edəcək.
APA xəbər verir ki, bu barədə çərşənbə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Sənəddə bildirilir ki, Blinken Təl-Əvivdə ABŞ-ın İsrailin terrorizmə qarşı özünümüdafiə hüququnu dəstəklədiyini bəyan etmək niyyətindədir.