Qazaxıstana rəsmi səfərini başa vuran Fransa Prezidenti Emmanuel Makronu paytaxtın hava limanında bu dövlətin başçısı Kasım-Jomart Tokayev şəxsən yola salıb.
Qaziler.az bildirir ki, Bu barədə “Kazinform” agentliyi Akordanın mətbuat xidmətinə istinadən xəbər verir.
Bu gün Fransa prezidenti Qazaxıstana rəsmi səfərə gəlib. Paytaxtın hava limanında qonağı Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailov qarşılayıb.
Dövlət başçısı Qasım-Jomart Tokayev Akordada Emmanuel Makron ilə görüşüb, görüşdən sonra iki ölkə liderləri arasında dar tərkibdə danışıqlar aparılıb.
Qazaxıstan Prezidenti qeyd edib ki, Fransa Avropa İttifaqında bizim əsas və etibarlı tərəfdaşımız olmaqla yanaşı, iqtisadiyyatımıza ən böyük investorlardan biridir. Bundan əvvəl Fransa Qazaxıstana təxminən 18,7 milyard dollar sərmayə qoyub. Birgə layihələr enerji, dinc nüvə enerjisi, dağ-mədən və kimya sənayesi, maşınqayırma, tikinti materiallarının istehsalı, aerokosmik, əczaçılıq və digər sənaye sahələrini əhatə edir.
Öz növbəsində Emmanuel Makron Qazaxıstan və Fransa arasındakı münasibətləri yüksək qiymətləndirib.
Makronun Qazaxıstanda rəsmi səfəri başa çatanda onu bu dövlətin başçısı Kasım-Jomart Tokayev şəxsən özü yola salıb.
QAZİLER.AZ