Avropa İttifaqı Bosniya və Herseqovinaya üzvlük yolunda kömək etməyə hazırdır. Bununla belə, üzvlük tempi ölkədə həyata keçirilən əsas islahatların uğurundan və ümumi dəyərlərə sadiqlikdən asılı olacaq.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Sarayevoda keçirdiyi mətbuat konfransında deyib.
“Bosniya və Herseqovinanın gələcəyi Avropa İttifaqındadır... İrəliləmək üçün... hökumət islahatları, xüsusən də qanunun aliliyi ilə bağlı islahatları davam etdirməli və yaxşı bildiyiniz 14 prioriteti həyata keçirməlidir." - fon der Leyen söyləyib.
O, həmçinin vurğulayıb ki, ümumi Avropa dəyərlərinə hörmət etmək lazımdır.
"Vətəndaş cəmiyyəti üçün azadlıqları müəyyən edən konstitusiya quruluşu Aİ dəyərlərinin mərkəzində dayanır və ölkənizin Avropa yolu üçün vacibdir", - AK prezidenti əlavə edib.
Xatırladaq ki, Bosniya və Herseqovina 2016-cı il fevralın 15-də uzun illər davam edən konstitusiya islahatlarından və Dayton Sülh Sazişinə daxil edildikdən sonra Aİ-yə üzvlük üçün rəsmi müraciət etmişdi.
QAZİLER.AZ