Almaniyanın müdafiə naziri Boris Pistorius potensial təcavüzü dəf edə bilmək üçün ölkə ordusunun gücləndirilməsinin vacibliyini bəyan edib.
Qaziler.az xəbər verir ki, o, bu barədə “Frankfurter Allgemeine Zeitung” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Almaniya potensial hərbi hücuma hazırlaşmalıdır. O qeyd edib ki, bunu etmək zərurəti təkcə qısa perspektivə aid deyil.
"Belə olan halda biz müdafiə müharibəsi aparmağa hazır olmalıyıq. 2025-ci ildən hakimiyyətdə hansı partiyaların olmasından asılı olmayaraq, onlar bu məsuliyyətdən vaz keçə bilməyəcəklər", - Pistorius bildirib.
Nazir bildirib ki, Bundesverin 100 milyard avro dəyərində olan xüsusi fondu tükəndikdə, ÜDM-in müdafiə xərclərinin 2%-nə uyğunluğuna daim nəzarət edilməlidir.
QAZİLER.AZ