"Vaqner" ÖHŞ-nin Rusiya Milli Qvardiyasına daxil olması ilə bağlı xəbərlər yalandır.
Qaziler.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn Telegram-da bildirib.
Bundan əvvəl 59.ru portalı iş adamı Yevgeni Priqojinin yaratdığı strukturun Rusiya Milli Qvardiyasının tərkibinə daxil olduğunu bildirmişdi. Həmçinin bildirilib ki, bölməyə sahibkarın oğlu Pavel Priqojin rəhbərlik edir.
Xinşteyn bildirib ki, ÖHŞ-lərin Rusiya Qvardiyasının tərkibinə daxil olmasından söhbət gedə bilməz. O qeyd edib ki, özəl hərbi şirkətin keçmiş əməkdaşları Rusiya Qvardiyasının sıralarına yalnız könüllü olaraq qoşula bilərlər.
QAZİLER.AZ