Bolqarıstan prokurorluğu Regional İnkişaf və İctimai İşlər Nazirliyinə Rusiya Federasiyasına məxsus - Rus Pravoslav Kilsəsinin Bolqarıstandakı metoxionu və rəsmi nümayəndəsi olan və Müqəddəs Nikolay Kilsəsinin mülkiyyətinə etiraz etməyi tövsiyə edib.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 1-də Bolqarıstan Milli Radiosunun saytında məlumat verilib.
Ölkənin baş prokuroru Borislav Sarafovun sözlərinə görə, məbədin mülkiyyətinə məhkəmədə etiraz etmək üçün əsaslar var.
O qeyd edib ki, prokurorluq tərəfindən təqdim olunan sənədlərin qiymətləndirilməsinə təxminən bir aya yaxın vaxt lazım olacaq və bundan sonra müvafiq qərar qəbul ediləcək.
QAZİLER.AZ