İordaniya İsrail ordusunun Qəzza zolağında quru əməliyyatına başlaması ilə əlaqədar səfirini İsraildən geri çağırıb.
Qaziler.az The Guardian-a istinadən xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik səfirin Təl-Əvivə yalnız İsrailin Qəzza zolağında müharibəyə son qoyması və yaratdığı “humanitar böhrana” son qoyacağı təqdirdə qayıdacağını vurğulayıb.
Eyni zamanda, qurum əlavə edib ki, iki həftə əvvəl ölkəni tərk edən İsrailin İordaniyadakı səfiri də eyni şərtlərlə geri qayıda biləcək.