Şimali Koreya İspaniya, Honq-Konq və bir neçə Afrika ölkəsi də daxil olmaqla, bütün dünyada ona yaxın səfirliyini bağlamağı planlaşdırır.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, belə bir qərar Şimali Koreyanın dünyadakı ofislərinin 25%-ə qədərinin bağlanmasına səbəb ola bilər.
Agentlik Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən yazır ki, keçən həftə Şimali Koreya səfirləri Anqola və Uqanda liderləri ilə vidalaşıblar.
Nəşrin qeydinə görə, çox güman ki, beynəlxalq sanksiyalar, Pxenyanın qlobal əməkdaşlıqdan çıxması və ölkə iqtisadiyyatının zəifləməsi səbəbindən ondan çox missiya bağlana bilər.
Koreya Respublikasının verdiyi məlumata görə, KXDR-in 159 ölkə ilə rəsmi diplomatik əlaqələri var, lakin xaricdə 53 diplomatik nümayəndəliyi, o cümlədən üç konsulluğu və üç nümayəndəliyi yerləşir.
Mənbə: Gazeta.ru
QAZİLER.AZ