Böyük Britaniyada süni intellektin təhlükəsiz istifadəsi üzrə ilk beynəlxalq sammitdə iştirak edən 28 ölkə süni intellektdən təhlükəsiz istifadəyə dair Bletçli bəyannaməsini qəbul edib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, sənəd Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisi tərəfindən yayılıb.
“Hamının xeyrinə süni intellekt təhlükəsiz, insan mərkəzli, etibarlı şəkildə dizayn edilməli, inkişaf etdirilməli, tətbiq edilməli və istifadə edilməlidir. İnsan hüquqları, ədalətlilik, şəffaflıq, hesabatlılıq, təhlükəsizlik, tənzimləmə, müvafiq insan nəzarəti, etika, məxfilik və məlumatların qorunması nəzərə alınmalıdır”, - sənəddə qeyd edilib.
Bəyannamədə həmçinin qeyd olunur ki, süni intellekt gündəlik həyata əhəmiyyətli risk yaradır.
Sənədi Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, İsrail, Hindistan, İndoneziya, İrlandiya, İspaniya, İtaliya, Kanada, Keniya, Çin, Nigeriya, Hollandiya, BƏƏ, Koreya Respublikası, Ruanda, Səudiyyə Ərəbistanı, Sinqapur, ABŞ, Türkiyə, Ukrayna, Filippin, Fransa, Çili, İsveçrə və Yaponiya imzalayıb.
QAZİLER.AZ