Rusiya vətəndaşları Qəzzadan Misirə buraxılmayıb

Rusiya vətəndaşları Qəzzadan  Misirə buraxılmayıb backend

Rusiya vətəndaşlarının Qəzza zolağından Misirə Rəfah keçid məntəqəsindən daxil olmasına icazə verilməyib.

Qaziler.az xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” qəzeti Fələstin anklavında ilişib qalan ruslara istinadən xəbər verir.

Qəzetin Rusiya vətəndaşı olan müxbiri bildirib ki, Rusiya vətəndaşlarına hələ də “yaşıl dəhliz” verilməyib.

“BMT əməkdaşlarının, İordaniya, Moldova, Avstriya və Afrika ölkələrinin vətəndaşlarının keçdiyi barədə məlumat var. Sabah təxliyə olunacaq şəxslərin siyahılarını göndərdilər. Amerika, Avstriya, Moldova vətəndaşları var... Amma hələ də ruslar yoxdur. Konsul heç nə edə bilməz. Bu sadəcə bir kabusdur. Vəziyyət fəlakətlidir. Bizə deyirlər işləyirik, gözləyin. Bəs həqiqətənmi onlar öz vətəndaşlarını çıxarmaq üçün bu qədər uzun müddət razılığa gələ bilmirlər?” - deyə qadın bildirib.

O, əlavə edib ki, artıq xeyli sayda Rusiya vətəndaşı Rəfah keçid məntəqəsinə toplaşıb, lakin Misirə girişin rədd edilməsinə baxmayaraq, heç kim Qəzzaya qayıtmaq istəmir. Qadının sözlərinə görə, polisin olmadığı bir vaxtda anklavda quldurluq hadisələri başlayıb. Su və işıq yoxdur. İçmək üçün nəzərdə tutulmayan quyudan su içməli olurlar.

Bundan əvvəl Qəzza zolağından təxliyə gözləyən Rusiya vətəndaşlarının sayı 500-ü ötüb, ümumilikdə təxliyə üçün elan edilənlərin siyahısında 900-dən çox adam var.

QAZİLER.AZ

Diaspora