Serbiya prezidenti Aleksandr Vuçiç parlamentin buraxılması haqqında fərman imzalayıb.
Qaziler.az bildirir ki, məlumatı “Tanjuq” agentliyi yayıb. Ölkədə növbədənkənar deputat seçkiləri də keçiriləcək.
“Mən xalq deputatları seçkilərini 2023-cü il dekabrın 17-nə təyin etmək qərarına gəlirəm”, - deyə agentlik Vuçiçin sözlərini qeyd edib.
Serbiya hökuməti müvafiq təkliflə oktyabrın 30-da çıxış edib. Bundan sonra Vuçiç dekabrda növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyini bildirib. Onlarla birlikdə bələdiyyə deputatlarına səsvermə keçiriləcək.
QAZİLER.AZ