Rusiya regionlarında “Vaqner” xüsusi hərbi şirkət üçün döyüşçüləri işə götürməyə başlayıblar.
Qaziler.az xəbər verir ki, məlumatı Novosibirsk (Ngs.ru) və Permdən (59.ru) nəşrləri yayıb.
Qeyd olunur ki, hazırda “Vaqner” Rusiya Qvardiyasının bölməsidir və ona Priqojinin oğlu Pavel rəhbərlik edir.
“Artıq 2-3 gündür ki, müqavilələr bağlanır. Biz Müdafiə Nazirliyi ilə deyil, Rusiya Milli Qvardiyası ilə sövdələşirik, bir şərtlə ki, cinayəti olanları və ya xəstə olanları qəbul etməyək”, - “Ngs.ru” təfərrüatları açıqlayıb.
Permdəki “Vagner”in nümayəndəsi işə qəbulun bərpası ilə bağlı məlumatı təsdiqləyib. O bildirib ki, şirkətə üzv olmaq istəyən hər kəslə müqavilələr bağlanacaq. Onlar 20 yaşdan 55 yaşa qədər olan insanlarla imza atmağa hazırdırlar. Ödənişin məbləği işçinin göndəriləcəyi yerdən asılıdır və bu, 80 ilə 240 min rubl arasında dəyişir.
QAZİLER.AZ