Filippin prezidenti atasının qəsrindəki kabuslardan danışıb

Filippin prezidenti atasının qəsrindəki kabuslardan danışıb backend

Filippin prezidenti kiçik Ferdinand Markos etiraf edib ki, uşaq ikən atası keçmiş diktator Ferdinand Markosun qədim qəsrində fövqəltəbii hadisələrin baş verdiyinin dəfələrlə şahidi olub.

Qaziler.az xəbər verir ki, bu barədə “Inquirer” qəzeti yazır. O, dostları ilə birlikdə kabus ovuna çıxdığını deyib və bununla bağlı bir neçə misal çəkib.

“Dostlardan biri tualeti açmağa hazırlaşırdı, lakin o, qapının dəstəyindən tutmamış qapı yellənərək açıldı. Biz qışqırdıq,” - deyə Markos xatırlayıb.

Bundan əlavə, çilçıraqın necə yırğalandığını və stulların necə tərpəndiyini xatırlayaraq qeyd edib. Onun sözlərinə görə, sarayda daim hiss edlib ki, kimsə səni izləyir.

QAZİLER.AZ

Diaspora