“Rusiyanın qlobal uran bazarındakı mövqeyini qiymətləndirmək çətindir”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskov səsləndirib.
O, Fransa prezidenti Emmanuel Makronun Qazaxıstan uranının Aİ ölkələrinə ixracını artırmaq barədə çağırışlarını şərh edib:
“Uran bazarına gəlincə, bəli, o, rəqabətlidir. Lakin bu halda Rusiya tərəfinin bu bazarda mövqeyini qiymətləndirmək çox çətindir”, - Peskov vurğulayıb.
Qeyd edək ki, Rusiya uran istehsalına görə dünyada ikinci yerdədir. Lakin Qazaxıstan liderliyini qoruyub saxlayır.
QAZİLER.AZ